31 Yanvar 2017 16:50
6 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kolleksiya” 6

Öncəki yazı

“Kolleksiya” layihəsində növbəti materialımız Sovet Ermənistanı dönəminə aid bir vəsiqədir.

Bildiyimiz kimi, 1937-ci il Konstitusiyasına qədər tarixi Azərbaycan ərazilərində yaşayan bizlərin milli kimliyi Türk olaraq bilinirdi. Bu önəmli fakt tarixi Azərbaycan torpaqlarında, o zamanlar Sovet Ermənistanı adlanan ərazidə yerləşən rəsmi qurumlara aid sənədlərdə də özünü göstərirdi.

Kolleksiyamızda yer alan, 1935-ci il fevralın 25-də Mustafayev Teyyub adlı şəxsə verilmiş vəsiqədə də erməni dili ilə yanaşı türk dilində bu sözlər yazılıb: “Ə.S.Ş.C Xalq Torpaq Komissarlığı. Erivan. Türk Kənd T.Texnikumu”.

Xatırladaq ki, 1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun Türk bölməsi fəaliyyətə başlayıb, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Türk Kənd Təsərrüfatı Texnikumuna çevrilib.

Teleqraf.com İrəvan Türk Kənd Təsərrüfatı Texnikumuna aid olan nadir vəsiqəni təqdim edir:

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər