“Kolleksiya” layihəsində üçüncü materialımız “Üzeyir ömrü” filminə aid kadrarxası bir fotodur.
“Üzeyir ömrü” filmi 1981-ci ildə çəkilib, 10 yanvar 1982-ci ildə ilk baxış olub. Filmin quruluşçu rejissoru və ssenari müəllifi yazıçı Anardır. Üzeyir Hacıbəyli rolunu Hüseynağa Atakişiyev oynayıb.
Filmin rejissoru Rafiq Dadaşovdur.
İki hissədən ibarət olan film “Azərbaycanfilm” Kinostudiyası tərəfindən Bakı, Şuşa, Qori, Sankt-Peterburq şəhərlərində çəkilib. Ümumilikdə 163 dəqiqədir.
“Üzeyir Hacıbəyli Ensiklopediyası”nda film barədə yazılır: “Keçmiş SSRİ Mәrkәzi Televiziyasının sifarişi ilә çәkilib. Ssenari muәllifi vә quruluşçu rejissoru Anar, operator Zaur Mәһәrrәmov, rәssam Rafis İsmayılovdur. Film Hacıbəylinin ömür yolunun muxtәlif mәrһәlәlәrini әһatә edir, elәcә dә, onun әsәrlәrini ("Leyli vә Mәcnun", "Koroğlu", "Әsli vә Kәrәm", "Arşın mal alan", "Әr vә arvad", "0 olmasın, bu olsun") ekranda canlandırır. Hacıbəyovun uşaqlığını Yalçın Әfәndiyev, yetkin vә yaşlı çağlarını Hüseynağa Atakişiyev ifa edir. Filmdә Hacıbəylinin müasirlәrinin, sәnәt dostlarının — X.Natәvan (Nәcibә Mәlikova), H.Zәrdabi (Әli Zeynalov), Ә.Haqverdiyev (R.Rüstәmzadә), H.Әrәblinski (Mikayıl Kәrimov), H.Sarabski (Mikayıl Mirzә), Q.Pirimov (Ramiz Quliyev), M. Maqomayev (Mәmmәd Mәmmәdov), Z. Hacıbәyov (Yaşar Nuri), Ş.Mәmmәdova (Maya İsgәndәrova), Mәleykә xanım (Hәmidә Ömәrova) vә b.-nın obrazları yaradılıb. Tamaşaçılar ekranda H.Sarabskini, Bülbülü, Ş.Mәmmәdovanı, R.Beһbudovu, Z.Xanlarovanı, M.Maqomayevi (nәvә) görür vә dinlәyirlәr. Film dәfәlәrlә Rusiya vә Azәrb. televiziyaları ilә nümayiş etdirilib, һaqqında çoxlu resenziyalar dәrc olunub”.
Kolleksiyamızda olan material “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) filminin ssenari müəllifi yazıçı Anarla, baş rolun ifaçısı Hüseynağa Atakişiyev və digərlərinin çay süfrəsi arxasındakı fotosudur.
Teleqraf.com film tariximizə aid olan bu maraqlı fotonu təqdim edir:
Dilqəm Əhməd