Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı ilə bağlı mühüm sirrini açıb.
Teleqraf.com xəbər verir ki, aktrisa qızı kimi təqdim etdiyi Ayselin bacısı qızı olduğunu etiraf edib və sosial şəbəkə vasitəsilə bu mövzuda müsahibə vermək istəmədiyini açıqlayıb: “İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşdüm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdır. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdınız? Sadəcə, istədim xalqım bunu sağ ikən elə məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yox.
İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. İstədim mən özüm həyatda ikən bu sirri xalqıma açım. Mən bu sirri açmaqdan utanmıram, çəkinmirəm.
Bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Aysellə münasibətimiz əladır. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.
Bu haqda jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar. Amma hələ müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm”.
Pərvin