9 Fevral 2017 17:34
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissor Natiq Rəsulovun “İkinci güllə” filminin təqdimatı keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Teleqraf.com-a verilən məlumata görə, film fevral ayının 17-i saat 18:00-da “Azərbaycan” kinoteatrında nümayiş olunacaq.

Filmin ssenarisi 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs 1” ssenari müsabiqəsində qalib olub.

Ssenari öz orjinal üslubu ilə bir çox prodüserlərin diqqətini cəlb etsə də, nəticədə “Nərimanfilm” kinostudiyasının maliyə dəstəyi ilə ekranlaşdırılıb.

Nərmin


Müəllif: