11 May 2017 17:30
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Tarkan Mustafa Kamal Atatürkü təhqir edənlərə cavab verib.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, Tarkan bu haqda rəsmi instaqram səhifəsində yazıb:

"Mustafa Kamal Atatürkü təhqir edənləri dərin kədər və heyrətlə izləyirəm. Eyni torpaqda yaşadığımız bu insanlar unutmasınlar ki, həyatlarını, ölkələrini, hətta danışa bilməklərini Atatürkə borcludurlar. Gəlin, bu gün sosial şəbəkədə ən sevdiyimiz Atatürk şəkillərini paylaşaq və “Atatürk sevgimiz bitməz” deyək. Onlara ən gözəl cavabımız budur".

Qeyd edək ki, Türkiyədə “Nur camaatı” adlanan dini təriqətin liderlərindən biri olan Həsən Akar türk xalqının lideri Mustafa Kamal Atatürkü təhqir edib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər