6 Avqust 2014 03:10
2 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Londonda dünya ulduzlarının axın etdiyi ilin ən maraqlı kino təqdimatı keçirilib.

Aktyor Silvester Stallone izləyici kütləsinə ssenarisini yazdığı və prodüserliyini etdiyi "Qarşısı alınmazlar" adlı filmini nümayiş edib. Daha çox döyüş səhnələrindən tanıdığımız Silvesterin çəkdiyi film də döyüş janrındadır. Qırmızı xalça üzərində demək olar ki, illərin bütün məşhurları, Hollivud ulduzları olublar. Onların sırasında Arnold Şvarsneyqer, Mel Qibson, Dolf Lundqren, Uesli Snayps, Harrison Ford, Ceyson Stethem, Kellan Lats, Antonio Banderas kimi sənətçilər olub.

Təssüflər olsun ki, xalça üzərinə Hollivudun döyüş səhnələrinin bütün aktyorları çıxmayıblar. Buna baxmayaraq təqdimata qatılan ulduzların gəlişi şəhərdə böyük səs küy yaradıb. Komandanın "kapitanı" Silvester Stallone xalça üzərinə 4 gözəl xanım ilə birlikdə çıxıb. Həyat yoldaşı Cenifer Flavin və qızları Skarlet, Sofii, Sistin onu tək qoymayıblar./anspress/

























Müəllif: