13 Noyabr 2018 19:58
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada öncə tibb bacısı olan, sonra film ulduzuna çevrilən Kiki Vidis Toovoomba qəsəbəsini ikiyə bölüb.

Teleqraf.com xəbər verir ki, qəsəbə aktrisanın filmlərinə qadağa məsələsini müzakirəyə çıxarıb.

Bir qrup açıq-saçıq filmlərə səssiz qalsa da, yaşlı nəsil etirazını bildirib. Qeyd olunub ki, Kiki Vidisin filmləri gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir, odur ki, onlara qadağa qoyulmalıdır.

Yaxın vaxtlarda qəsəbə rəhbərliyi məsələ ilə bağlı qərarını verəcək.


Müəllif: Teleqraf.com