23 Noyabr 2018 17:15
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva ( Nərgiz ) arasında olan qalmaqal səngimək bilmir.

Teleqraf.com-un məlumatına görə, rəqqasə bu gün “Hər şey daxil” verilişində bir zaman dost olduğu Xatuna bu sözləri ünvanlayıb:

"Deyir ki, hər zaman tələsir. Tələsmirəm, səbrli insanam. Amma məni özləri məcbur etdi. Mənə reklam lazım deyil. Özüm özümə baxmağa utanıram ki, belə danışıram. Azərbaycan xanımını efirdə belə təqdim etmək yaraşmır. Məni tanıyan bilir ki, zəhmətlə, pillə-pillə işləmişəm, qalxmışam. Bütün dünyanı gəzib, dekor gətirmişəm. Qarşı tərəf deyir ki, demişəm, mənə xına aparmağı öyrət. Get məktəb aç, gələk".

Daha sonra Xatun telefon zəngi ilə cavab verib: "Nə məsələ idi ki, gəldi məhkəməyə çıxdı? Şou-biznesdə qanunlarla oynayır. Bizdə məhkəməyə verənə "demoqoq" deyirlər. Bilmədən düşdüm şər-böhtana. Adamın arasında söz-söhbətlər olur, nəsə olursa, əzizlərimizə görə susuruq. Oğlum əsgərlikdədir, ona görə danışmıram. Övladımı efirə çıxarıb onunla bəyəni qazanmıram. Fatma, özün boyda qızın var, məhkəmələrə gedib çıxmazdın. Onun iddiası rədd edildi, bəli. Kim məhkəməyə verirsə, demək, şou-biznesin ən çirkab nöqtəsinə gəliblər".

Xatunun bu sözlərindən sonra Fatimə deyib ki, məhkəməyə getməsinin səbəbi anasını, yoldaşını, uşağını söyməsi olub:

“Onu Allahın məhkəməsinə buraxmışam. Aydanı necə əziyyətlə böyütmüşəm. Uşaq böyütmüşəm ki, gəlib kimsə ona əl qaldırsın, lazımsız sözlər desin? Uşağım psixoloji xəstəlik tapıb. Miqren olub. Vallah, yalan danışmıram, rol oynamıram".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər