26 Avqust 2014 12:22
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MTV Video Music Awards” mükafat gecəsində ən diqqət çəkən məqamlardan biri iki ulduzun – Cenifer Lopezlə, Kim Kardaşyanın barışması olub.

Uzun müddətdir bir-birlərini ombasına silikon qoydurmaqda günahlandıran ulduzlar mükafat gecəsində qarşılaşanda heç nə olmamış kimi görüşüblər. Kameralara səmimi pozalar verən iki gözəlçə uzun müddət söhbət edib, arada zarafatlaşıblar.

Cenifer gümüş rəngli paltarı ilə göz qamaşdırarkən, Kardaşyan isə sinəsini çöldə qoyan geyimi ilə yenə bütün diqqəti üzərinə çəkib.

Tabloid.az


Müəllif: