Tanınmış aktrisa Sevinc Əliyeva 5/5 verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Sevinc Əliyeva bu sözləri deyib: "Kişi aktyor, müğənni, müsahib olsun, onun üçün ailəsini qoruyub saxlamaq daha rahatdır.
Qadın üçün isə həm ailədə, həm sənətdə fəaliyyət göstərmək çətindir. Mən əvvəl sənətlə bu qədər məşğul olmamışdım. Daha çox övladlarıma vaxt ayırırırdım. Artıq övladlarım böyüdükdən və bəlli vəziyyət olandan sonra sənətlə daha çox vaxt ayırmağa başladım. Övladlarımı və özümü də unutmadım..."
Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla evli olub. Cütlüyün üç övladı var.