"Avroviziya-2010” təmsilçimiz Safura Əliyeva həyat yoldaşı, iş adamı Fərhad Əliyevə doğum günü üçün sürpriz hazırlayıb.
Teleqraf.com xəbər verir ki, Safura Əliyeva müğənni Samir Piriyevlə "Sarı gəlin" mahnısını duet şəklində ifa edərək "Həyat yoldaşımın doğum günündən bir parça", - deyə qeyd edib.
Müğənni həyat yoldaşı haqda bu sözləri deyib: "Mənim əziz, dəyərli həyat yoldaşımın doğum günüdür. Həmişə ailəmizin başının üstündə olasan. Bərabər xoşbəxt və sağlıqlı həyat yaşayaq. Səni çox sevirəm. Çox sağ ol ki, həmişə yanımdasan. Canım, aşkım..."
Fərhad Əliyevin doğum günündə müğənni Samir Piriyev ailəsi ilə qonaq olub.
Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.