Tanınmış aparıcı Azər İsmayılov (Zahid) İnstaqramda canlı yayım açıb.
Teleqraf.com xəbər verir ki, Azər İsmayılov qızı Dilək üçün çox darıxdığını bildirib.
Şəbəkə izləyiciləri isə aparıcının qızı Dilək ilə görüşünə Vüsalə Əlizadənin icazə vermədiyini iddia ediblər.
Aparıcı daha sonra ona Vüsalə Əlizadə haqqında sual ünvanlayan sosial şəbəkə izləyicisini təhdid edib. O, təkrar mesaj yazdığı təqdirdə onu tapacağını bildirib.
Qeyd edək ki, Azər Zahid üçüncü dəfə evlənib. O, aparıcı Vüsalə Əlizadə və Nəcibə adlı xanımla ailəli olub.
Onun Vüsalə Əlizadə ilə nikahından Dilək adlı qızı var.