Əməkdar artist Lalə Məmmədova MTV Azərbaycan kanalında yayımlanan "Ziq-Zaq" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova yeni imicindən danışıb: "Uşaqlarım imicimi çox sevirlər, çox da xoşbəxtdirlər. Hər iki qızım yeni obrazımda stilist Elnur Həsənova təşəkkür edirlər.
Anam hər işimə çox müdaxilə edir. Onun üçün müğənni olmağım, səhnə imicim ən axırıncı yanaşmadır, ilk öncə gözəl övlad, ana olmalıyam. İnstaqramda məni izləyir. Görürəm, çox ürəyinə salır ki, haqqımda niyə belə yazdılar?
Əgər tamaşaçı belə reaksiya verirsə, anamı qınamıram. Onun da bir reaksiyası var. Axı, o məni doğanda təsəvvür etməyib ki, bu cür olacaq. Amma səhnə adamları dəyişməlidir. Bu imicdə və geyimdə çox rahatam. Narahat olan ətrafımdır. Onlara demək istəyirəm ki, mənə görə siz narahat olmayın!".