"Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-a açıqlamasında Elmira Əliyeva maddi köməyə ehtiyacı olduğunu açıqlayıb:
"Səhhətim yaxşı deyil. Vəziyyətim ağırdır, ayaqlarım tutulub. Maddi köməyə ehtiyacım var. 5 saylı şəhər klinik xəstəxanasındayam. Ürək çatışmazlığından əziyyət çəkirəm. 15 gündür xəstəxanadayam".