Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, əməkdar artist Mələk Abbaszadə xərçəng xəstəliyindən əziyyət çəkir.
Bu haqda Teleqraf.com-a teatrın direktor müavini İlham Məmmədov məlumat verib:
"Hazırda onun səhhəti orta ağırdır. Yaxın günlərdə yenidən müalicə üçün Türkiyəyə gedəcək. Biopsi götürüblər, əvvəl xəstəliyinin səbəbi bilinmirdi. Üç aydır xərçəng xəstəliyindən əziyyət çəkir. Maddi imkanına gəlincə normaldır. Hamımız kömək edirik. İnşallah, hər şey yaxşı olacaq".