5 Yanvar 2022 17:35
2 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli aparıcı Ülvira Qarayevanın "Astar" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli meyxanaçı Ağakərim Novruzovun oğlunun evinə buraxmasına icazə verməməsindən danışıb:

"Ağakərimin oğlunun nömrəsini bilməyə bilərəm. Getməmişdən öncə dostu Ağamirzə ilə danışmışdım. Ağakərimin evdə çəkilmiş videosundan sonra özümə borc bildim ki, ona əlimdən gələni edim. Yanımda bibisi oğlu Ağakərimin oğluna zəng etdi və dedi ki, Nazilə xanım gəlib. O da cavab verdi ki, çəkilişlə gəlib, olmaz və telefonu söndürdü. Çəkiliş edəcəyimi düşünərək məni qapıdan içəri buraxmadılar.

Buraxma, amma birinə icazə verirsən, birinə yox. Sən bir sənətkar ailəsisən. Yaxşı, mən çəkiliş edirəm, məndən sonra gələn Zaur Kamala niyə icazə verdin?"

Şairə aparıcı Xoşqədəm Hidayətqızı ilə qalmaqalından da danışıb: "Çox əyləncəli idi. Mənə hansısa insan sataşmayıb ki...Sağ olsun, şərəf verib. Xoşqədəm böyük "skandal"çı kimi heç nədən qaçmayan insan olaraq mükəmməldir. Siz onu balaca görməyin, balaca deyil. Meydanına çağırdı, çıxdıq, sözümüzü dedik. Bir az da əyləndik və sağollaşdıq.

Bu gün ona pis gün arzulamaram. Onun da zəif nöqtəsi çoxdur. O da mənı minnətdar olmalıdır ki, zəif nöqtəsindən istifadə etmədim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər