Reper Elşad Xose xalq artisti Röya Ayxanın həyat yoldaşının övladı olması haqqında bildirdiyi fikrə cavab verib.
Elşad Xose Teleqraf.com-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini deyib:
"Çox səhv məlumatdır. Röya Ayxanın da Afaqla çox gözəl münasibətləri var. Afaq Gəncəli məni verilişinə dəvət elədi, getmədim. Çünki şəxsi həyat haqqında danışmaq istəmədim. Ümumiyyətlə, efirlərə çıxmaq istəmirəm. Nə gəldi, oldu-olmadı danışırlar. Ona görə bu şeylərə boş yanaşmaq və başını aşağı salıb işləmək lazımdır".
Qeyd edək ki, Röya Ayxan "Şourum" verilişində Elşad Xosenin həyat yoldaşının bir övladı olduğunu açıqlayıb.