ARB televiziyasında yayımlanan "Həmin Zaur" proqramında müğənni Kəmalə Qaramollayevanın çıxışı yarımçıq kəsilib.
Müğənni Teleqraf.com-a açıqlamasında çıxışının yarımçıq kəsilməsinin səbəbini açıqlayıb:
"Efirlərdə geyimlə bağlı problemlər olur. Amma əvvəl estrada müğənniləri necə geyinirdilər?! Şortikdə də efirə çıxırdılar. İndi qapalı geyim tələb edirlər. Bir az pencəyin önü açılan kimi irad bildirirlər. Çıxışım zamanı efiri yarıda kəsdilər və pencəyimin qarşısını bağladılar.
Artıq buna adaptasiya olmalıyıq. Mən xanəndə deyiləm. Estrada müğənnisi səhnədə şou göstərməlidir və geyim tərzi bir az açıq-saçıq olmalıdır".
Qeyd edək ki, Kəmalə Qaramollayeva proqramda rəqs edən zaman pencəyinin qabağını açıb. Həmin an efir yarımçıq kəsilib və hava xəbərləri yayımlanıb.