20 Sentyabr 2022 17:51
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhətindəki son vəziyyət haqqında danışıb.

Toppuş bacı Teleqraf.com-a açıqlamasında kimyaterapiyalarının davam etdiyini deyib:

"Kimyaterapiyalar davam edir. Həftəlik və 21 gündən bir fərqli iki kimyaterapiya qəbul edirəm. Sabah yenə xəstəxanaya gedəcəm. Səhhətimə gəlincə, buna da şükür. Bəzən kimyaterapiyalara bədən dözmür, amma yenə də şükür edirik. Ümidlə irəli gedirik".

Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.


Müəllif: Rəqsanə Həsənova