16 Dekabr 2022 18:03
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxana ustadı və qəzəlxan Mahir Cürət M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən evə buraxılıb.

Mahir Cürət Teleqraf.com-a açıqlamasında səhhətində daha bir problem yarandığını deyib:

“Dünən xəstəxanadan çıxdım. Ev şəraitində müalicəm davam edir. Həkim resept yazıb, dərmanları almalıyam. Düzü, dərman almağa imkan yoxdur. Fikirləşirəm ki, dərmanı necə ala bilərəm?! Qaraciyərimdə də hepatit çıxdı. Ağır vəziyyət deyil, amma müalicə etmək lazımdır”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər