8 Aprel 2023 14:32
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva "Günaydın Azərbaycan" verilişində mərhum bacısı, müğənni Zeynəb Dostəliyeva ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva bu sözləri deyib:

"Hər kəsə inanardı, bir az pafoslu danışardı, əsəbi idi. Özgəyə inanırdı. Məsələn, kimsə mənə "sənin bacın belədir, sənətdə qarşını kəsir" desəydi, həmin adama cavab verərdim ki, o, mənim bacımdır, sizə inanmıram.

O, tez tez deyirdi ki, "ət dırnaqdan ayrılarmı? Bizim aramıza girmək istədilər. Mənim zəif xasiyyətimdən istifadə etdilər. Efirə çıxdım".

Artıq bunlar gec idi. Amma aramıza girən insan bu gün də yaşayır. Mən onu bağışlayıram, həmin insanı tanıyıram. Hər görüşümdə onu utandırıram. O. başını qaldıra bilmir. Görür ki, hansısa məclisə gedirəm, oradan qaçır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər