30 May 2023 11:12
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyasını dəyişən əməkdar artist Elxan Qasımovun qızı Kəmalə Qasımova atası haqqında danışıb.

Kəmalə Qasımova Teleqraf.com-a açıqlamasında atasının son vəsiyyətindən danışıb: "Atam bu gün öz vəsiyyətinə əsasən Xırdalan qəbiristanlığında qardaşım Samirin yanında torpağa tapşırılacaq. Qardaşım rəhmətə gedəndə atam demişdi ki, mənə bir şey olsa, orada dəfn edərsiniz. Bir həftə əvvəl atamla danışanda mənə dedi ki, anandan muğayat ol. Dedim ki, hər şey yaxşı olacaq. Çox qan itirmişdi, yaşamaq şansı çox az idi. Yenə də ümid edirdik ki, nəsə ola bilər. Həkimlər hər şey etdilər, amma nəticə belə oldu".

Qeyd edək ki, Elxan Qasımov bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.




Müəllif: Rəqsanə Həsənova