“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindəki son vəziyyətdən danışıb.
Bloqerin atası Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Səhhəti yaxşılaşır. Artıq xəstəxananın reanimasiya şöbəsindən çıxarılıb, palatadadır".
Qeyd edək ki, Nicat Şakirli avtomobil qəzası keçirib. Qəzada onun dostu Ruslan Məmmədov vəfat edib.