Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum gününü təbrik edib.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov şəxsi İnstaqram hesabında foto paylaşaraq yazıb: “Ad günün mübarək, əziz Leyla! Sizə cansağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza, qayğınıza, diqqətinizə və hər şeydə dəstəyinizə görə təşəkkür edirik. Xoşbəxt olun və biz həmişə varıq”.
Qeyd edək ki, Leyla Əliyeva və Emin Ağalarovun birgə nikahdan Əli və Mikayıl adlı əkiz oğulları var.