20 Oktyabr 08:58
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kazım Sübhan aparıcısı olduğu "Özəl" verilişində müğənni Xatirəyə söz atıb.

Teleqraf.com Olay.az- a istinadən xəbər verir ki, buna səbəb illər əvvəl Kazımın Xatirəyə pulsuz verdiyi mahnı olub.

Kazım Sübhan Xatirə İslama pulsuz mahnı verdiyi üçün özünü ağılsız adlandırıb:

"Baxmayaraq ki, Xatirə son günlər bütün günü efirlərdədir. Amma onun adını çəkməyi unutdum. Bu isə hər gün efirdə olmaqla deyil, əzizim Xatirə. Nə qədər ağılsız olmuşam ki, Xatirəyə mahnını pulsuz vermişəm. Şəxsən mən öz adıma danışıram. Nə qədər saf olmuşuq. İndiki ağlım olsaydı, Xatirəyə pulsuz mahnı verməzdim. Həqiqətən verməzdim. Çünki hər şeyin bir qarşılığı olmalıdır. İstər maddi, istərsə də mənəvi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər