20 Oktyabr 13:50
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva "Zalım" adlı yeni layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, pop ulduzun yeni klipi işıq üzü görüb. Ekran işinin rejissoru fashion fotoqraf Röyal Səfərovdur. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Karimova məxsusdur.

Sevilən müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqim olunub. Pop ulduz həmin layihəni özünə ad gününə hədiyyə edib.

"Zalım" layihəsi Xalq artistinin şəxsi "Youtube" səhifəsində, eyni zamanda bütün digital platformalarda paylaşılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər