2014-cü ildə hər il keçirilən "amFAR" xeyriyyə hərracında Leonardo DiKaprio ilə kosmosa uçuş milyon dollara satılıb.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, bu il hərracda DiKaprio ilə onun yaxtasında şam yeməyi 280 min dollara satılıb. Hərracında digər maraqlı lotları arasında - Ceff Kunsun "Rəngləmə-kitab" heykəli, DiKaprionun şəxsi kolleksiyasından olan Benksinin işlərindən biri, kolumbiyalı rəssam Fernando Boteronun heykəli, Endi Uorholun müəllifi olduğu Elizabet Teylorun portreti, eləcə də dizayner ziyafət geyimlərindən ibarət kolleksiya.
Bu il kolleksiya 30 milyon dollar toplayıb, bu isə ötən ilki məbləğdən 8 miyon dollar azdır. Hərracdan toplanan vəsait QİÇS-lə mübarizəyə yönəldiləcək.
Qeyd edək ki, "amFAR"-ı 1993-cü ildə Elizabet Teylor təsis edib.
Rüstəm