15 Oktyabr 2015 17:27
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aygün Kazımovanın dünən gecə saatlarında Türkiyəyə yola düşməsi birmənalı qarşılanmayıb.

Yaxınlarının Teleqraf.com-a verdiyi açıqlamaya görə, xalq artisti Türkiyədəki evinə istirahət məqsədilə gedib: “Aygün Kazımova ölkədən qaça bilməz və qanunla bilirsiniz ki, belə bir şey heç mümkün də deyil. Aygün Kazımova Azərbaycanın xalq artistidir, hörmətli insandır. Onun Türkiyədə evi var və orada istirahətə gedib. Hətta gedişi haqqında sosial şəbəkədə də məlumat verib. Qanunsuz olsaydı, belə etməzdi”.

Məsələ ilə bağlı ekspert rəyi öyrənmək üçün vəkil Samir İsayevə üz tutduq. O, Aygün Kazımovanın ölkədən çıxışını belə şərh etdi: “Ölkədən çıxışa qadağa qoyulan zaman vətəndaşın adının qarşısına stop işarəsi qoyulur. Belə hallarda vətəndaş yalnız məhkəmə qərarından sonra ölkəni tərk edə bilər.

Natəvan Həbibi və Aygün Kazımova arasında məhkəmə çəkişməsi olub. Bunun nəticəsində məhkəmə qətnaməsi çıxıb. Amma bildiyim qədərilə qərar icra olunmayıb. Buna görə də icra orqanı ölkədən giriş-çıxışla bağlı qərar qəbul etmək üçün məhkəməyə müraciət edə bilər və yalnız məhkəmə qərarı əsasında hərəkət edə bilər.

Burada tələbkar Natavan, qərarı icra etməyə məcbur olan borclu Aygün Kazımovadır. Qanun hamıya bərabərdir və kim olursa-olsun icra etməlidir. Odur ki, məhkəmənin qətnaməsini icra etmək hamının borcudur. Şikayət hüququndan istifadə edib, ölkədən giriş çıxış ilə bağlı 10 gün ərzində şikayət edə və Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Şikayət hüququndan istifadə edib Apelyasiya Məhkəməsinə yenidən baxıla və əsaslar varsa ləğv edilə bilər. Bunlar isə qısa vaxtda baş vermir”.

Natəvan Həbibinin vəkili Fərid Həsənov isə bildirib ki, Aygün Kazımova məhkəmə qərarının 10 gün müddətində hələ qüvvəyə minməməsindən istifadə edib və ölkədən kənara çıxa bilib.

Bir müddət əvvəl Aygün Kazımova Natəvan Həbibinin miliyyətcə erməni olduğunu dediyinə görə həmkarı tərəfindən məhkəməyə verilmişdi. Məhkəmənin verdiyi qərarda isə onun Natəvan Həbibidən üzr istəməyənə qədər ölkədən çıxışına qadağa qoyulmuşdu.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər