27 Dekabr 2015 09:23
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə həftə əvvəl məşhur aktrisa Eva Lonqoriya sevgilisi Hose Antonio Bastonun ona evlənmək təklif etdiyini açıqlamışdı.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa bahalı qaşlarla bəzədilən nişan üzüyünü nümayiş etdirib. Dubayda nişanlanan cütlük Hindistana istirahətə yollanmışdı. Los-Ancelesə qayıdan sevgililər toy hazırlıqlarına başlayıb.

Hava limanında fotoqraflar meksikalı biznesmenin Eva üçün hədiyyə etdiyi üzüyü görüntüləyib.

Qeyd edək ki, Eva və Hose 2013-cü ildən birlikdədir. Lonqoriya bundan əvvəl iki dəfə ərə gedib. Hose isə bir dəfə evli olub və üç uşağı var.


Müəllif:

Oxşar xəbərlər