“Yəqin ki, Sərxan hiss edir ki, xalqın yadından çıxıb. Gündəmə gəlmək istəyir. Ona görə mənim haqqımda belə sözlər danışır”.
Bunu Teleqraf.com-a müğənni Əli Mirəliyev barəsində aparcı Sərxan Kərəmoğlu tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Bildirək ki, aparıcı “İnstagram”da Əli Mirəliyev haqqında təhqiredici sözlər yazıb.
Əli Mirəliyev bildirib ki, Sərxan hər dəfə onu görəndə qucaqlayıb, öpür və çox gözəl sənətkar olduğunu bildirir: “Şou-biznes adamlarını anlamıram. Onlar bu həyatdan nə istəyirlər? Üstəlik bilinmir ki, bu adam kişidir, yoxsa qadın. Özünə hörmət edən Əli haqqında fikir söyləməz. Yəni ki, özünə hörmət edən kişi bilər ki, qabağında duran kişidir. Ancaqbəziləri üzünə “gel” vurur və s.
Çalışsınlar ki, mənim kimi kişi olsunlar, hələ oxumaqlarını kənara qoyuram. Allah onu yaradanda kişi yaradıb, qadın yaratmayıb. Qadının qadın, kişinin kişi yeri var. Bizim kişilərdə qadınlaşma gedir”.
Qeyd edək ki, Əli Mirəliyevin “Şou-biznesdə cəbhədə döyüşəcək kişi yoxdur” deməsi Sərxan Kərəmoğlunu özündən çıxarıb və “İnstagram”da “Sən öz xalqının övladlarına çirkin sözlər yağdırmaqdan başqa bu həyatda heç nə bilmirsən. Şou-biznesdəki kişilərin evindəki ən zəif xanımlarda olan cəsarət belə səndə yoxdur. Sən həkimə get. Ailən bu cür müraciət və münasibətlərinə görə ölçü götürməlidir” şərhini yazıb.
Jalə