Bir neçə gün öncə xalq şairi Sabir Rüstəmxanlının qızı Aydan ilə ailə həyatı quran müğənni Elçin Cəfərov toyunun mediyaya qapalı keçməsinin səbəbini açıqlayıb.
Bu haqda Teleqraf.com-a danışan müğənni toyun mediayaya qapalı olmasının öz qərarı olduğunu açıqlayıb: “Mediya nümayəndələrinin toya buraxılmaması kobudluq kimi qəbul edilməsin, mən elə adam deyiləm. Sadəcə toya gələn sənətçilərin narahat olmamasına görə, eləcə də toyumda dövlət qulluqçularının iştirakını nəzərə alaraq belə qərar qəbul etdib. Onlar efirdə görünmək istəmirdilər”.
Müğənni küsülü olduğu aktyor Elşən Orucovla barışmasından da danışıb: “Həyatda sülh tərəfdarıyam. Küsülü qalmağı qətiyyən sevmirəm. Ona görə də dəvət etdiyim insanların toyuma gəlməsini çox sevindim. Ürəyim açıldı. Dəvətsiz fanatlarım da toya gəlmişdilər. Onlar sadəcə şəkil çəkdirib getdilər”.
Rəqsanə