Tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib.
Yer təkində neftin əmələ gəlmə prosesini imitasiya edən alimlər yosunları 300 Selsi dərəcəyə qədər qızdırıb, onları yüksək təzyiq altında sıxıblar. Prosesin sonunda biokütlə qatı qətran və maye yanacağa parçalanıb. Bu elementlərin tərkibinə çoxsaylı maddələr daxil olduğundan alimlər biokütlənin dəqiq tərkibini tapmaq və bioyanacağın xassələrini yaxşılaşdırmaq üçün istehsal prosesini dəyişməkdə çətinlik çəkirdi.
Alınmış yanacağın kimyəvi tərkibini bütövlükdə müəyyənləşdirən mütəxəssislər bioyanacağın əksər maddələrinin neftin tərkibinə daxil olan karbohidrogenlərlə heç bir əlaqəsi olmadığını aşkar ediblər. Bu elementlərin gələcək tədqiqi bioyanacağın hazırlanmasında istifadə oluna bilinəcək yosun növlərini və onların karbohidrogenlərdən ibarət adi yanacağa çevirmək üçün modifikasiya üsullarını müəyyənləşdirməyə imkan verəcək.
/Trend/