12 Avqust 2017 19:53
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Zvyozda” telekanalının aparıcısı canlı yayımda tamaşaçıları və kanal rəhbərliyini təəccübləndirib. Aparıcının bu hərəkətindən sonra işdə qalıb-qalmaması sual altda olduğu üçün kanal rəhbəri açıqlama verməli olub.

Teleqraf.com rus mətbuatına istinadla xəbər verir ki, informasiya proqramının aparıcısı Denis Kaçanov verilişin sonunda öz sevgilisinə evlilik təklif edib.

O, xəbər bülletenin bitirdikdən sonra əlavə bir xəbər də deyəcəyini bildirib. Sonra cibindən qırmızı bir qutu çıxararaq açıb, dizlərin yerə qoyaraq Marqarita Stepanovadan ona ərə gəlməyi xahiş edib.

Məsələyə münasibət gecikməyib, kanalın rəsmi səhifəsinə yerləşdirilən məlumatda hər şeyin qaydasında olduğu yazılıb.

“Marqarita təklifi qəbul edib. Denis efirdən sonra onu evə dəvət edib. Əminəm ki, onları xoşbəxt gələcək gözləyir. Denis istəsə məzuniyyət də götürə bilər” deyə kanalın xəbərlər departamentinin rəhbəri Maksim Dodonov bildirib.

Marqarita təklifi qəbul etdiyini təsdiqləyib: “Ən cəsur, qayğıkeş və sevgi dolu insana ərə gedirəm. Həyatımı dəyişən sevginə görə çox sağ ol”.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər