Fitnes məşqçisi Pavel Ladziak sosial şəbəkədə izləyici sayını artırmaq üçün inanılmaz üsula əl atıb.
Teleqraf.com-un məlumatına görə, 35 yaşlı Pavel Ladziak insanların diqqətini çəkmək üçün özünü qocaldıb. Yeni görkəmi sayəsində sosial şəbəkə istifadəçiləri Polşanın Varşava şəhərində yaşayan Ladziakı bəyaz saçları və saqqalı ilə 60 yaşlı kişiyə bənzədir. Qocalmaq üçün külli miqdarda pul xərcləyən fitnes məşqçisinin hazırda İnstaqram sosial şəbəkəsində 335 mindən çox izləyicisi var. 16 yaşından idmanla məşğul olduğunu deyən məşqçi sosial şəbəkədə uzun zamandır aktiv olduğunu, lakin imicini dəyişəndən sonra insanların diqqətini özünə çəkə bildiiini söyləyib.