Yeni doğulan nəvəm Canan Aybikənin adını qızım həyat yoldaşı ilə birlikdə qoyub. 6 nəvəm var, Allaha dua edirəm ki, nəvələrimin sayı çoxalsın. Millətimizin sayı artmalıdır.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin dünyaya təzə gələn nəvəsi ilə bağlı sualına cavab verərkən deyib.
O, jurnalistlərə övlad və nəvə sahib olmağı arzulayıb və zarafatlaşıb: “Heç bilmirəm addım atmısınızmı, mənə elə gəlir ki, çox yavaş tərpənirsiniz, addımlarınızı sürətləndirməlisiniz”.