Azərbaycanlı gənc, həvəskar avtomobil dizayneri Ramil Nəcəfov yeni bir avtomobil dizaynı hazırlayıb.
Teleqraf.com xəbər verir ki, ''Qarabağ'' adı verilən modelin dizaynı artıq bir sıra xarici şirkətlər tərəfindən də bəyənilib. Onun ən böyük arzusu dizayn etdiyi avtomobilin istehsal edilməsidir.
Həm mülki, həm də hərbi avtomobil kimi istifadə edilə bilər. Azərbaycanlı gənc Ramil Nəcəfov hazırladığı ofroader tipli avtomobil modelinə "Qarabağ" adını verib.
Ramil Nəcəfov yeni hazırladığı dizaynı artıq bəzi xərici şirkətlərədə göndərib və müsbət cavab alıb.
İndi Ramilin əsas arzusu onun dizayn etdiyi avtomobilin istehsal üçün qəbul edilməsidir.
Qeyd edək ki, bu Ramil tərəfindən hazırlanan ilk avtomobil deyil. O, bundan əvvəl də bir neçə avtomobil və hətta qırıcı təyarrənin dizaynını hazırlayıb. (xəzər xəbər)