Almaniyanın "Auto Motor&Sport" jurnalı tərəfindən keçirilən "Best Car 2017" müsabiqəsinin qalibi bəlli olub.
Teleqraf.com xəbər verir ki, "Alfa Romeo Giulia" 2018-ci ilin ən yaxşı avtomobili seçilib.
"Auto Motor&Sport" jurnalı 18 ölkədən olan oxucuların rəyi əsasında 11 kateqoriya üzrə 385 model avtomobil arasında seçim edib.
"Alfa Romeo Giulia" səslərin 22,4 faizini alaraq 2017-ci ilin ən yaxşı avtomobili mükafatına layiq görülüb.
Şirkətin prezidenti Roberta Zerbi məhsullarının birinci yer tutmasından qürur duyduğunu bildirib.