Rumıniyada inanılmaz hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Barlad şəhərində 63 yaşlı Konstantin Reliu məhkəmədən onun öldüyü haqda qərarı ləğv etməyi tələb edib. Lakin məhkəmə onu bildirib ki, həyat yoldaşı 2003-cü ildə onun öldüyü haqda müvafiq orqandan ölüm kağızı alıb. Konstatintin Relio sağ olsa və şəxsən məhkəməyə gəlsə də, onun tələbi təmin edilməyib. Belə ki, ona 2003-cü ildə verilən ölüm kağızına etiraz etmək müddətinuin keçdiyi bildirilib. Beləliklə, sağ ikən ölü sayılan Konstantin Reliunun tələbi rədd edilib.
1992-ci ildə iş tapmaq üçün Türkiyəyə gedən Reliunun sonuncu dəfə 1999-cü ildə Rumıniyaya qayıtdığı qeydə alınıb. 1999-cu iddən sonra ailəsi ilə əlaqə saxlamadığı üçün həyat yoldaşı onun Mərmərə zəlzələsi zamanı öldüyünü düşünüb. Qadın yenidən evlənmək fikrinə düşüb. Ona görə də məhkəməyə gedərək, ərinin öldüyünü bildirib və bununla bağlı müvafiq qərar çıxarılıb.
Reliu isə bu ilin əvvəllərində pasportunun vaxtı bitdiyi üçün Türkiyədən deportasiya edilib. O, Rumıniyada pasportunu yeniləmək istəyib. Bu zaman isə o, "öldüyünü" öyrənib.
Reliu "Həyatda olmağıma rəğmən, rəsmi olaraq ölüyəm. "Ölü" olduğum üçün də heç bir gəlirim yoxdur, işə düzələ bilmirəm" deyir. O, Türkiyədə kiçik bir şirkət qurduğunu, bu üzdən geri dönmək istədiyini, ancaq pasportunu yeniləyə bilmədiyi üçün ora qayıda bilmədiyini də bildirib.