1 İyun 2018 01:13
2 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu pilləkənlər dünyanın ən müxtəlif guşələrində yerləşir. Onlar daş və ya taxtadan, məhəccərli, yaxud məhəccərsiz ola bilər. Amma pilləkənlərin hamısını hündürlük və təhlükə birləşdirir.

Teleqraf.com dünyanın ən başgicəlləndirici pilləkənlərini təqdim edir.

Qalaya gedən pilləkənlər

Bu qalanın özü kiçik mağaradır. Ancaq ora aparan pilləkənlər dünyanın ən təhlükəli yollarından hesab olunur.
İstehkama qalxmaq 3 saat vaxt aparsa da, eniş daha çox zaman tələb edir. Bu yerlər daim duman olduğundan pilləkənin üzəri yaş olur. Tutmaq üçün məhəccər də yoxdur.

Zombidən qoruyan qaya

El-Penon-de-Quatape qayası Kolumbiyada yerləşir. Turistlərin bəzilərinə elə gəlir ki, o, daş parçaları ilə tikilib, digərləri isə buranı zombilərdən qorunmaq üçün əla sığınacaq sayırlar.

Səmaya toxunmaq…

Çinin Xunan əyalətində Tyanmen dağı var. Buranı həm də “səmanın darvazası” adlandırırlar. Buna eramızadan əvvəl 263-cü ildə zəlzələ nəticəsində meydana gəlmiş təbii arkalar səbəb olub.

Deyirlər ki, “səma darvazası”na 999 pilləkənlə qalxan adam göyüzünə toxuna və əbədi sevinci dərk edə bilər.

Qadağan olunmuş pilləkənlər

Havay adalarında yerləşən Hayku pilləkənləri turistlərin üstünlük verdiyi ən məşhur yerlərdəndir. Ancaq bura qalxmaq qanunla qadağandır və girişdə polis növbə çəkir.

Bu pilləkənlər 1942-ci ildə hərbçilər tərəfindən əlaqə naqillərinin qurulması üçün düzəldilib.

Musa peyğəmbərin izi ilə

Misirdə Sinay yarımadasının cənubunda əfsanəvi dağ var. İddialara görə, Musaya vəhy burada gəlib. Hazırda dünyanın müxtəlif yerindən inanclı insanlar dağın ziyarətinə təşrif buyurur.
Dağın zirvəsinə çatmaq üçün Musanın “tövbə pilləkəni” ilə qalxmaq lazımdı.

Su quyusuna aparan 3500 pilləkən

Hindistanın Abaneri kəndində ən qədim quyulardan biri olan Çand-Baori yerləşir. O, çevrilmiş və zirvəsi 30 metr dərinliyə gedən piramidaya bənzəyir.

Tarixçilər anbarın yağış suyu yığmaq üçün tikildiyini bildirirlər. Pilləkənlərinin sayı isə 3500-ə yaxındır.

Gündə maksimum 300 nəfər

Kaliforniyanın “Yosemiti” milli parkında bu pilləkənlərə qalxmaq üçün 10 km yol getmək lazımdır.
Nəzarətçilər bura gün ərzində 300 nəfərə qalxmağa imkan yaradır. Onların hər birinə xüsusi icazə verilir.


Müəllif: Ruslan

Oxşar xəbərlər