Ayın insanların üzərinə doğru hərəkətinin əks etdirən video bir neçə saat ərzində milyondan çox baxış toplayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nəşnl Geoqrafik” məlumat yayıb.
Görüntünü ispaniyalı operator Daniel Lopes çəkib.
Çəkiliş16 kilometr məsafədən teleskop obyektivi vasitəsilə aparılıb. Buna görə Ay ölçüsü nəhəng, insanlar isə balaca görünürlər. Kadrlar üzərində heç bir manipulyasiya aparılmayıb.
Ayın Yerə düşməsi effekti videonun sürətləndirilməsi ilə əldə olunub.