8 İyul 2018 13:00
2 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı akrobatlar Karib dənizindəki Maarten-Martin adasında təyyarənin enişi zamanı çimərlikdə etdikləri akrobatik hərəkətləri ilə diqqəti çəkib.

Teleqraf.com xəbər verir ki, təyyarənin enişi zamanı Yuliya Nos adlı xanım həmkarı Oleq Kolisniçkonun başı üzərində tək əllə mil dayanıb.

Bu zaman eniş edən təyyarə ilə akrobat qadın arasında bir neçə metr məsafə olub. Bununla ukraynalı idmançılar həm özləri, həm ətrafdakı, həm də təyyarədəki insanlar üçün təhlükə yaradıb.

Oleq Kolisniçko bu təhlükəli anın fotosunu sosial şəbəkələrdə yayıb. Sosial şəbəkə istifadəçilərdən biri isə idmançılara məsləhət görüb ki, sadəcə özlərini deyil, digər insanların da həyatını təhlükəyə atdıqlarının fərqində olmalıdır.


Müəllif: Cavad