20 İyul 2018 09:12
3 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur astronom, 2015-ci ilə qədər NASA-nın əməkdaşı olan Ceffri Marsi Günəşin ətrafında yadplanetlilərin kosmik müharibə apardığını iddia edib.

Teleqraf.com xəbər verir ki, Ceffri son günlərdə Qrin-Benk rəsədxanasından maraqlı məlumat alıb. Alimin həmkarları Günəşin ətrafında anlaşılmaz işıq aktivliyi aşkar ediblər. Bu cür hal daha əvvəllər müşahidə edilməyib. Hazırda mütəxəssislərdən ibarət qrup məlumatın şifrəsinin açılması üzərində işləyirlər. Ceffrinin sözlərinə görə, artıq bu siqnalların hamısının süni olduğu məlumdur.

Stefan adlı mütəxəssis məlumatı NASA ilə dəqiqləşdirməyə çalışıb. Kosmik agentliyin əməkdaşları informasiyanı təsdiqləyiblər. Bunun üçün SOHO LASCO C2 sputnikinin qeydləri analiz olunub. Kadrlarda Günəş ətrafında uçan naməlum obyektlərin lazerlə atəş açdığını görmək olar.


Müəllif: Ruslan