Gürcüstan hökuməti tibbi məqsədlər üçün marixuana istehsalından ildə 383 milyon dollar gəlir götürəcək.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib.
Onun sözlərinə görə, 2024-2025-ci ilədək bu bazarın həcmi 25 milyard dollara çata bilər:
“Buna görə də, ixrac potensialımızı gücləndirmək qərarına gəldik və növbəti 2-3 il ərzində biz ixracdan 1 milyard lari qazana biləcəyimizi gözləyirik”.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan hökuməti marixuana istehsalına başlayacağını açıqlamışdı.