Rusiyanın Taqil şəhərinin səmasında yad cisim müşahidə olunub.
Teleqraf.com xəbər verir ki, Valentin Degterev adlı şəxs bu barədə öz bloqundakı paylaşımda məlumat verib.
Taqil sakini təbiətin gözəlliklərini seyr etmək üçün şəhərkənarı gəzintiyə çıxıb. Səmanı çəkən bloger qeyri-adi bir cisim müşahidə edib.
Çəkdiyi şəkillərin birində o, səmada yad çisim aşkarlayıb. Bloger yad planetlilərin mövcudluğuna inanmasa da bu cismin insana məxsus olmadığını da vurğulayıb.
Məsələ ilə bağlı şəhər qubernatoru araşdırmaya başlayıb.