6 Oktyabr 2018 12:22
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün əvvəl Hollandiyada saxlanılan Rusiya Baş Kəşfiyyat İdarəsinin casusları vasitəsilə bu ölkənin xaricdə fəaliyyət göstərən 300 agenti ifşa olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı xəbər yayıb.

İddia olunur ki, adları və fotoları mətbuata çıxarılan rus casuslar Beynəlxalq Atom Agentliyinə kiber-hücum həyata keçirmək hazırlığında olarkən saxlanılıblar.

Rusiya bu iddiaları rədd edir və baş verənlərin bir mərkəzdən idarə olunduğunu bildirir.

Xatırladaq ki, Hollandiyada saxlanılan dörd rus casusu diplomatik toxunulmazlıq hüququna malik olub.


Müəllif: Cavad

Oxşar xəbərlər