1 Noyabr 2018 07:05
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Akvarius" şirkəti “Windows Mixed Reality” texnologiyasını dəstəkləyən “Aquarius Cmp NS575” noutbukunu təqdim edib. Bu, dünyada virtual reallıqla işləmək üçün yaradılmış ilk noutbukdur.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, sözügedən noutbuk “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük IPS displeylə təchiz edilib, “Intel Celeron”, “Pentium” və 6-cı, yaxud 7-ci nəsil “Core” prosessorları ilə işləyir. Qurğu 2 QB-lıq yaddaşa malik “Nvidia GeForce MX150” sürətləndiricisi, 32 QB-dək əməli yaddaşa malikdir və 7 saat avtonom işləyə bilir.

“Microsoft”un sertifikatlaşdırmasından keçən aparat “Windows Mixed Reality” qarışıq reallıq platformasında işləyə bilər. Qurğu dizayner, layihəçi, müəllim və texniki ali məktəbin tələbələri üçün nəzərdə tutulub. “Aquarius Cmp NS575” noutbukunun qiyməti haqda məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər