3 Noyabr 2018 09:15
59 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada evlərin üzərində mavi rəngdə işıq saçan, sirli və hərəkət edən obyekt görünüb.

Teleqraf.com xəbər verir ki, Vladius One adlı istifadəçi tərəfindən You Tube-da yerləşdirilən videodakı mavi işıq şüasına Rusiyanın Soçi və digər şəhərlərində də rast gəlinib. RİAMO agentliyinin yaydığı məlumata görə isə, o, hətta ABŞ-da görüntülənib.

“Mavi işıq süni mənşəlidir”, - Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun mətbuat katibi, böyük elmi işçi Nikolay Jeleznyov bildirib. O əlavə edib ki, böyük ehtimalla videodakı pilotsuz kvadrokopterdir. Böyük elmi işçi bunun təlim keçən hərbi obyekt ola biləcəyini də vurğulayıb.


Müəllif: Səxavət