9 Noyabr 2018 07:17
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib. 11 noyabrda satışa çıxarılacaq bu noutbukun qiyməti təxminən 820 manatdan başlayacaq.

Teleqraf.com "İktnyus.az"a istinadən xəbər verir ki, məlumata görə, sözügedən noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuz olacaq. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.

Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.


Müəllif: Teleqraf.com