“Təkamül Biologiyası” jurnalının araşdırmasına görə, qadınların saqqalı kişilərdən daha çox xoşu gəlir.
Teleqraf.com xəbər verir ki, jurnal 8500 qadından sevgililərini saqqallı və saqqalsız olaraq qiymətləndirmələrini istəyib.
Onlara kişilərin təraşdan dərhal sonra, həmçinin 5 gün , 10 gün və 4 həftə sonra olan vəziyyətlərini göstəriblər. Bu zaman bütün qadınlar saqqallı kişiləri seçib.
Qeyd edək ki, həmin araşdırma zamanı qadınların sərt bir çənə görkəminə malik kişilərdən uzaq durduğu da ortaya çıxıb.