Rusiyanın xalq artisti Aleksandr Rozenbaum təyyarədə sərnişinin həyatını xilas edib.
Moskva-Simferopol reysi ilə uçan təyyarədə sərnişinlərdən birinin halı qəflətən pisləşdiyindən stüard həkimə ehtiyac duyulduğunu elan edib.
Bu elandan sonra biznes-klass salonundan A. Rozenbaum çıxıb və öz köməyini təklif edib. Tanınmış ifaçı huşunu itirmiş qadın sərnişinə süni nəfəs verərək həyatını xilas edib.
/Oxu.az/